Fermerin Rəqəmsal Dostu olmağa hazırsan?
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir. 16–20 oktyabr 2026-cı il tarixlərində layihəyə könüllülər cəlb olunur.
Layihənin məqsədi “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) bəyan prosesində fermerlərə və vətəndaşlara könüllülər vasitəsilə rəqəmsal dəstək göstərməkdir. Əgər rəqəmsal bacarıqlarını öz bölgənizin fermerlərinin xidmətinə vermək istəyirsənsə, bu çağırış sənin üçündür!
Hansı rayonlarda?
Aşağıdakı rayon və ərazilərin hər birində fəaliyyət göstərəcək könüllülərə ehtiyac var: Şəki, Zərdab, Quba, Neftçala, Qusar, Qazax, Goranboy, Masallı, Göyçay, Zaqatala, Şamaxı, Bərdə, Cəlilabad, Şəmkir, Saatlı, Ucar, Ağsu, Qəbələ, İsmayıllı, Ağstafa, Oğuz, Beyləqan, İmişli, Yevlax, Sabirabad, Ağcabədi, Biləsuvar, Ağdaş, Xaçmaz, Qobustan, Naxçıvan Muxtar Respublikası, Kürdəmir, Tovuz, Qax və Salyan.
Kimlər müraciət edə bilər?
Təlimlər
Seçilmiş namizədlər üçün təlimlərin 22–30 oktyabr 2026-cı il tarixlərində onlayn qaydada keçirilməsi planlaşdırılır. Təlimlərdə EKTİS platforması, bəyan prosesinin mərhələləri, fermerlərlə ünsiyyət və məlumatların məxfiliyi öyrədiləcək. Təlimlərin qrafiki, formatı və məkanı barədə məlumat seçilmiş namizədlərə ayrıca çatdırılacaq.
Nə qazanacaqsan?
Necə müraciət etməli?
Uyğun namizədləri müraciət etməyə dəvət edirik!
Ağstafada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
16 Oktyabr 2026
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
16 Oktyabr 2026
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
16 Oktyabr 2026
ADA Universitetində Ümumdünya Ərzaq Günününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
15 Oktyabr 2026