27 noyabr – 11 dekabr tarixlərində Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyası birgə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını təşkil edir. Yarmarka 27 noyabr – 11 dekabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.
Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.
Qeyd edək ki, yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
14 Noyabr 2026
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
14 Noyabr 2026
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026