COP29 çərçivəsində “Yaşıl Zona”da yerləşən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda “Aqrar tədarük və təchizat” ASC və “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” və AFAQ layihələrinin təqdimatı keçirilir.
“Şəhərdən kəndə” layihəsinin dəstək göstərdiyi “Sitrus vadisi” və “Tofiqoğlu” bal təsərrüfatında istehsal edilən kənd təsərrüfatı məhsulları stenddə sərgilənir və məhsulların keyfiyyəti barədə yerli və xarici ziyarətçilərə ətraflı məlumat verilir. Həmçinin pavilyonda “Şəhərdən Kəndə” və AFAQ layihələri çərçivəsində dəstək göstərilən fermerlər və onların təsərrüfatları barədə video çarx nümayiş olunur.
Qeyd edək ki, AFAQ - “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” lahiyəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq” in dəstəyi ilə həyata keçirilən layihədir. Layihənin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi| rifahın yaxşılaşdırılmasına töhfə verməkdir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi isə aqroturizmin inkişafı istiqamətində həyata keçirilən sosial layihədir. Layihənin məqsədi aqroturizmi inkişaf etdirmək, fermerlər üçün əlavə gəlir mənbələri yaratmaq və turistlər üçün fərqli istirahət imkanı təqdim etməkdir.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Qlobal Beyin Mərkəzləri Forumunda iştirak edib
16 Noyabr 2024
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb
16 Noyabr 2024
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib
14 Noyabr 2024
Nazir Məcnun Məmmədov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti ilə görüşüb
13 Noyabr 2024
COP29 çərçivəsində “Torpaqların deqradasiyası və iqlim dəyişikliyi” mövzusunda dəyirmi masa keçirilib
13 Noyabr 2024