“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə icra olunan dəstək tədbirləri 2024-cü ildə də uğurla həyata keçirilib.
Ötən il 14 rayondan 378 qadın fermerə quşçuluq, heyvandarlıq, tingçilik, qida sahəsində gigiyena, biznes istiqamətləri üzrə təlimlər keçirilib.
Təlim kriteriyalarına cavab verən Ağcabədi rayonu üzrə 11, Ağsu rayonu üzrə 6, Bərdə rayonu üzrə 10, Gəncə şəhəri üzrə 10, İsmayıllı rayonu üzrə 8, Kürdəmir rayonu üzrə 9, Şəki rayonu üzrə 5, Tərtər rayonu üzrə 6, Tovuz rayonu üzrə 21, Zəngilan rayonu üzrə 14 qadın olmaqla ümumilikdə 100 fermerə əkinçilik, arıçılıq, heyvandarlıq və quşçuluq istiqamətlərində müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
2024-cü ildə Ağcabədi, Ağsu, Bakı, Lənkəran, Bərdə, Kürdəmir, Zəngilan, Tovuz rayonlarından və Gəncə şəhərindən layihəyə müraciət etmiş 65 fermerin təsərrüfatına baxış keçirilib. Ağdam, Tərtər, Göygöl, Bərdə, Beyləqanda isə əvvəlki illərdə avadanlıqlarla əvvəl dəstək göstərilmiş 64 təsərrüfatda monitorinq aparılıb.
Qeyd edək ki, ümumilikdə AFAQ layihəsi çərçivəsində 338 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 834 qadın fermerə təlimlər keçirilib, 26 rayon üzrə 286 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin layihəsi olan AFAQ “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026