Azərbaycanda dövlət aqrar sığorta mexanizmi çərçivəsində pambıq əkinlərinin sığortalanması mövsümünə start verilib. Pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfatlar Aqrar Sığorta Fonduna (ASF) müraciət edərək dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə əkinlərini sığorta etdirə bilərlər.
Son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel-subasma halları digər sahələrdə olduğu kimi, pambıq əkinləri üçün də böyük risk yaradır. Pambıq sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışlar və üçüncü şəxslərin hərəkətləri kimi amillər zərər vurur. Bu halların yaratdığı zərərlərin qarşısını almağın ən effektiv yolu pambıq sahələrini vaxtında sığortalamaqdır.
Pambıq sahələrinin sığortalanması may ayının sonunadək davam edəcək.
Fermerlər 50 faizlik dövlət dəstəyi sayəsində pambıq sahələrini cüzi ödənişlə sığorta etdirə bilərlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7–10 manat təşkil edir.
Qeyd edək ki, indiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Belə ki, 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərə görə fermerlərə 386 min manat, 2024-cü ildə 4 min hektar əraziyə dəymiş zərərə görə 880 min manat, 2025-ci ildə isə 2064 hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə 958 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək mümkündür.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026