Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahan keçirilib.
7 aprel 2025-ci ildə aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakıda və Naxçıvanda test imtahanı keçirilib.
Aqrar Sığorta Fondunun müstəqil aqrar sığorta eksperti fəaliyyətinə uyğun namizədlər üçün təşkil etdiyi təlimlərdən uğurla keçənlər imtahanda iştirak ediblər. İmtahan həm bitkiçilik, həm də heyvandarlıq eksperti sertifikatı əldə etmək istəyənlər üçün keçirilib.
Ölkəmizdə müxtəlif təbii risklər, insan fəaliyyəti nəticəsində baş verə biləcək hadisələr, qeyri-sabit hava şərtləri, qlobal iqlim dəyişikliklərinin fəsadları nəticəsində kənd təsərrüfatına dəyən zərəri minimuma endirmək, istehsalda davamlılığı təmin etmək, fermerlərin qazancını qorumaq məqsədilə uğurla tətbiq edilən aqrar sığorta mexanizmində müstəqil aqrar sığorta ekspertləri vacib kadr sayılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli 380 nömrəli Qərarına əsasən, təhsilin peşə, orta ixtisas, ali təhsilin bakalavriat və magistratura pillələri üzrə 70-dən artıq ixtisas üzrə məzunlar müstəqil aqrar sığorta eksperti fəaliyyəti ilə məşğul ola bilərlər.
Aprelin 7-də Bakıda və Naxçıvanda keçirilən imtahanda ümumilikdə 30 nəfər namizəd iştirak edib, 10 namizəd imtahandan uğurla keçərək sertifikat almaq imkanı qazanıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026