Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təşkil olunan test imtahanına qeydiyyat müddəti uzadılıb.
Qeydiyyat prosesi 1 sentyabr saat 12:00-dan başlayıb və 24 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan 29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küçəsi, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək.
Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Aqrar sığorta eksperti təlimlərində əvvəlki illərdə iştirak edən, lakin müəyyən səbəblərdən imtahana qatılmayan və ya imtahandan keçməyən bütün namizədlər 29 sentyabrda keçiriləcək imtahanda iştirak edə bilərlər. Təlim iştirakçıları qeydiyyatla bağlı əlavə məlumat üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və ya (055) 500 84 23 nömrəsinə müraciət edə bilərlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (əvvəl kabineti olmayanlar üçün) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan məbləği əlavə etməli və qeydiyyatı tamamlamalıdırlar. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi vəsait geri qaytarılmır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplana biləcək ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunurlar və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı verilir.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026