Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə tütün sahələrinin sığortalanması prosesi davam edir. Fermerlər iqlimə həssas olan tütün bitkisini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sərfəli şəkildə sığorta edə bilərlər.
Təbiət hadisələrinə qarşı həssas olan tütün bitkisi müxtəlif səbəblərdən zərər görə bilər. Tütün sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Bundan başqa, tütün məhsulu dolu səbəbindən keyfiyyət itkisi riskinə qarşı da həssasdır. Belə ki, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir.
Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu (ASF) tütün sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 186 min manat ödənişlər həyata keçirib. Bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib. Sığorta ödənişləri bu il də davam etməkdədir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026