Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş nazirinin müavini Məryəm Aurangzeb ilə görüşüb.
Nazir Məcnun Məmmədov bildirib ki, iki ölkə arasında qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətləri dinamik inkişaf edir. Azərbaycan tərəfi Pakistan, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalında mühüm paya malik olan Pəncab əyaləti ilə aqrar sahədə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.
Pəncab əyalətinin baş nazirinin müavini Məryəm Aurangzeb öz növbəsində ölkəsinin Azərbaycanla dost ölkə olduğunu, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, pambıqçılıq, çəltikçilik, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Pakistana ixracı, bunun üçün müxtəlif dəstək mexanizmləri barədə də müzakirə aparılıb.
Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Pakistanlı iş adamlarını bu sərgidə fəal iştiraka çağırıb.
Söhbət zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Pakistan İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026