Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.
Toxum sərgi-satış yarmarkasında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Şəki şəhəri “ASAN xidmət” mərkəzi və Oğuz rayonu Olimpiya İdman Kompleksinin ərazisində keçirilən yarmarkalarda Şəki-Zaqatala iqtisadi rayonundan olan fermerlər qatılıblar.
Sərgidə dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub. Toxum sərgi-satış yarmarkası çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə ətraflı məlumat verilib. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları fermerlərə operativ məsləhət xidməti göstəriblər.
Tədbirdə COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib.
Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarının sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar veriblər.
Tədbir çərçivəsində fermerlərə Aqrar Sığorta Fondunun mütəxəssisi Toğrul Həşimov tərəfindən “İqlim dəyişikilikləri dövründə kənd təsərrüfatı üçün aqrar sığorta və onun üstünlükləri”, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İPM) üsulu və tətbiqi”, “Sara Group” şirkətinin aqronomu Damət Soltanov tərəfindən “Qlobal iqlim dəyişikliyi şəraitində bitki yetişdiriciliyinin əsasları və bitki mühafizə tədbirləri”, “MT Group” şirkətinin mütəxəssisi Xoşqədəm Ələsgərova tərəfindən “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzularında təlimlər keçirilib.
Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən Goranboy, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən, Şabran rayonlarında da toxum sərgi-satış yarmarkalarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, toxum sərgi-satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Toxumçular Assosasiyası və bir sıra özəl şirkətlərin birgə tərəfdaşlığı ilə keçirilir.
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024