Balakən rayonunda Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Prezidentn Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən şöbə müdirinin müavini – sektor müdiri Nəvai Qasımov, eləcə də rayon icra hakimiyyətində yaradılmış qərargahın üzvləri iştirak ediblər.
Müşavirədə rayon üzrə hazırlanmış İş Planına daxil edilən layihələrin icra vəziyyəti, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər, onların həlli yolları və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədən sonra rayon ərazisində günəbaxan yağı istehsalı müəssisəsinə, ətlik və südlük istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatının yaradılmasının planlaşdırıldığı ərazilərə, eləcə də intensiv meyvə bağlarının salındığı və soyuducu anbar kompleksinin tikildiyi sahələrə baxış keçirilib. Baxış zamanı sahibkarların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə bağlı müzakirələr aparılıb, təklifləri dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, tətbiq olunan subsidiya mexanizmləri, güzəştli maliyyələşmə və digər dövlət dəstəyi imkanları barədə ətraflı məlumat təqdim edilib və müvafiq tövsiyələr verilib.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026