23-24 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyducu, selofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
25 Iyun 2026
Fermerlərin nəzərinə: “Kənddən Şəhərə” Mövsüm yarmarkasında iştirak üçün qeydiyyat başladı
25 Iyun 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Xankəndidə vətəndaşlarla görüşüb
24 Iyun 2026
“Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
24 Iyun 2026
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib
24 Iyun 2026