Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 25-də saat 10:00-da Culfa Dövlət Aqrar İnkişaf Mərkəzində Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərinin sakinləri Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (050-770-85-85) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
20 Noyabr 2026
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
20 Noyabr 2026
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
20 Noyabr 2026
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib
20 Noyabr 2026
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
20 Noyabr 2026