2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb. Yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.
Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
“Kənddən şəhərə” yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.
Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və. s) təmin olunurlar.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
15 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023