Bakıda Orta Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) növbəti regional ekspert görüşü keçirilib. Tədbir balıqçılıq məlumatlarının toplanması sistemlərinin təkmilləşdirilməsinə həsr olunub və region ölkələrindən mütəxəssislərin iştirakı ilə baş tutub.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunub. Nazir müavini ekspert görüşünün balıqçılıq sektorunda elmi əsaslı qərarverməyə müsbət təsir göstərəcəyinə ümid etdiyini ifadə edib.
Görüş zamanı iştirakçılar balıqçılıq məlumatlarının toplanması sahəsində mövcud çətinliklər, elektron informasiya sistemlərinin tətbiqi və regional məlumat mübadiləsinin inkişafı istiqamətində fikirlərini bölüşüblər. Ekspertlərin görüşü balıqçılıq idarəçiliyində daha səmərəli və vahid məlumat sisteminin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir regional əməkdaşlığın genişləndirilməsi, məlumat toplama sistemlərinin təkmilləşdirilməsi və ortaq elmi yanaşmaların inkişaf etdirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, tədbir çərçivəsində 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçala rayonunda ekoloji aksiya təşkil olunacaq. Aksiya çərçivəsində Xəzər dənizinə balıq buraxılışı həyata keçiriləcək. Bu tədbir Xəzər hövzəsində bioloji müxtəlifliyin qorunması, su bioresurslarının davamlı istifadəsi və ekosistemlərin sağlamlığının gücləndirilməsi məqsədi daşıyır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026