18–20 may tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Bir ölkə, bir prioritet məhsul” (OCOP) təşəbbüsü çərçivəsində Özbəkistanın Namanqan şəhərində regional seminar və təlim proqramı təşkil olunub.
Tədbirə Avropa və Mərkəzi Asiya regionunun 10 OCOP ölkəsinin nümayəndələri, Çin Xalq Respublikasından və FAO-dan olan dəyər zənciri ekspertləri, elmi tədqiqatçılar və özəl sektor nümayəndələri qatılıb. Ölkəmizi tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin böyük məsləhətçisi Aytəkin Süleymanlı təmsil edib.
"Avropa və Mərkəzi Asiyanın digər OCOP ölkələrindən təcrübə mübadiləsi" mövzusunda kerilən sessiyada ölkə hesabatı təqdim edilib. Təqdimatda Azərbaycanda narçılıq sektorunun inkişafı, ixrac potensialı və bu sahədə tətbiq olunan rəqəmsal innovasiyalar barədə məlumat verilib.
Seminarda OCOP ölkələrinin qabaqcıl təcrübələri ətrafında fikir mübadiləsi aparılıb, dayanıqlı istehsal sistemləri, innovativ texnologiyaların tətbiqi və bazarın inkişafı məsələləri müzakirə edilib.
İnteraktiv sessiyada xarici ekspertlərin Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi mexanizmləri ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, 2021-ci ildə FAO tərəfindən irəli sürülən qlobal OCOP təşəbbüsü ölkələrin unikal kənd təsərrüfatı məhsullarının dəyər zəncirini inkişaf etdirmək, yerli fermerlərin gəlirlərini artırmaq, ekoloji davamlılığı təmin etmək və bu strateji məhsulları qlobal bazarlara çıxarmaq məqsədi daşıyır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026