Oktyabrın 21-dən Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə həyata keçirdiyi, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə icra olunan “Kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd yerlərinin inkişafı sektoru üçün rəqəmsal və süni intellekt həlləri” texniki yardım layihəsi çərçivəsində “Təlimçilərin hazırlanması” (Training of Trainers -ToT) proqramına başlanılıb.
Təlimin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt alətlərinin tətbiqi üzrə iştirakçıların bilik və bacarıqlarının artırılması, eləcə də əldə edilmiş biliklərin gələcəkdə fermerlərə ötürülməsini təmin etməkdir.
Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Təlim Mərkəzinin və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Təlim proqramı kənd təsərrüfatında süni intellekt alətlərinin tətbiqi və Telegram əsaslı həllərdən istifadə, fermerlərin qiymətləndirilməsi, bitki sortlarının müəyyənləşdirilməsi, bitkilərin sağlamlığının monitorinqi və dərmanlama vaxtının optimallaşdırılması mövzularını əhatə . Bununla yanaşı, suvarmanın idarə edilməsi, su stresinin və torpağın su balansının qiymətləndirilməsi, məhsuldarlığın proqnozlaşdırılması və torpaq xəritələrinin tətbiqi istiqamətləri üzrə nəzəri və praktiki məşğələlər keçiriləcək.
Üç gün davam edəcək proqramın sonunda iştirakçılar arasında onlayn sorğu keçiriləcək və sertifikatlar təqdim olunacaq. Sertifikat əldə edən təlimçilərin daha sonra öz bilik və təcrübələrini fermer və digər kənd təsərrüfatı subyektlərinə ötürməsi, onlara bitkilərin monitorinqi, suvarmanın planlaşdırılması, məhsuldarlığın proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərindən istifadə üzrə praktiki dəstək göstərməsi hədəflənir.
Proqram, həmçinin Nazirliyin “Elektron kənd təsərrüfatı” informasiya sistemi və “Aqrar Süni İntellekt” layihələri çərçivəsində hazırlanmış rəqəmsal həllərin tətbiq imkanlarının genişləndirilməsinə, əməkdaşların müasir texnologiyalar üzrə institusional bilik və bacarıqlarının inkişafına, eləcə də kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
21 Oktyabr 2026