Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti «Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı məlumat verilib. Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19 avqust 2019-cu il tarixli Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura üzrə riskləri sığortalayır. Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən hər il sığortalanır.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024