BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə oktyabr və noyabr aylarında “Təkmilləşdirilmiş Su İdarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsi çərçivəsində suyun idarə edilməsi və suvarma üzrə təlimlər təşkil edib.
Təlimlər 11 rayonda - Tovuz, Şəmkir, Göyçay, Kürdəmir, Sabirabad, Beyləqan, İmişli, Lənkəran, Biləsuvar, Yevlax və Şəkidə təşkil olunub. 275 fermerin iştirak etdiyi təlimlərdə müasir suvarma sistemlərinin müxtəlif aspektləri, o cümlədən potensial problemləri, qlobal və yerli səviyyədə su ilə bağlı müşahidə olunan problemlər barədə danışılıb, su təminatı ilə bağlı yaranan çətinliklərinin qarşısının alınması yolları müzakirə edilib. Müxtəlif növ suvarma alətləri, onlardan istifadə üsulları nümayiş etdirilib.
Təlim məşğələləri zamanı suvarma üsullarına dair məlumatların əks olunduğu tədris materialları paylanılıb.
Fermerlərə dəstəklə bağlı tədbir keçirilib
30 Noyabr 2023
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qəbələdə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
30 Noyabr 2023
Əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
30 Noyabr 2023
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
29 Noyabr 2023
Nazir Məcnun Məmmədov Səudiyyə Ərəbistanı və Moldovanın Azərbaycandakı səfirləri ilə görüşüb
29 Noyabr 2023