İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
Torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:
|
s.s |
Rayon adı |
Sahə |
İstiqamət |
Məlumat |
Qeyd |
|
1 |
Xocavənd |
1225 ha (9 massiv) |
1. Əkinçilik |
80 ha (1 massiv) |
|
|
2. Bağçılıq |
980 ha (5 massiv) |
|
|||
|
3. Aqroturizm |
160 ha (2 massiv) |
|
|||
|
4. Balıqçılıq |
5 ha (1 massiv) |
|
|||
|
2 |
Xocalı |
40 ha (2 massiv) |
1. Bağçılıq |
40 ha (2 massiv) |
|
|
3 |
Cəbrayıl |
235 ha (2 massiv) |
1.Əkinçilik |
50 ha (1 massiv) |
|
|
2.Bağçılıq |
185 ha (1 massiv) |
|
|||
|
4 |
Füzuli |
455 ha (2 massiv) |
1. Əkinçilik |
455 ha (2 massiv) |
|
|
5 |
Qubadlı |
73 ha (3 massiv) |
1. Bağçılıq |
20 ha (1 massiv) |
|
|
2. Heyvandarlığın inkişafı |
50 ha (1 massiv) |
Həmin rayon ərazisində müvafiq qaydada icarəyə tövlə və ya ferma götürmüş hazırda fəaliyyətdə olan subyektlər |
|||
|
3. Balıqçılıq |
3 ha (1 massiv) |
|
|||
|
6 |
Laçın |
2 ha (1 massiv) |
1. Bağçılıq |
2 ha (1 massiv) |
|
|
|
CƏMİ |
2 030 ha, (19 massiv) |
|
||
Qeyd 1. Təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli (balıqçılıq və aqroturizm istisna) və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341)
Qeyd 2. Təqdim olunacaq investisiya layihələri (biznes-plan) Qaydaların 4.10-cu bəndində təsbit edilən meyarlar üzrə qiymətləndirilir və ən yüksək nəticə əldə etmiş iştirakçı müsabiqənin qalibi hesab olunur.
Qeyd 3. Biznes planlara tələbləri əks etdirən nümunələrin (çərçivələrin) linki əlavə olunur: Link:
https://drive.google.com/drive/folders/1CT2fF6x2sS7SM8SgIvlqw9doLzazQ2j8?usp=sharing
Qeyd 4. Qaydaların 4.17-ci bəndinə əsasən müsabiqənin qalibi protokolu və ya icarə müqaviləsini imzalamaqdan imtina etdikdə və ya Qaydaların müvafiq olaraq 4.12-ci və 4.16-cı bəndləri ilə müəyyən olunmuş müddətdə imzalamadıqda, növbəti investisiya müsabiqələrinə buraxılmır və bu zaman müsabiqənin nəticələrinin ləğvi barədə Komissiya tərəfindən protokol tərtib edilir.
Qeyd 5. İştirakçı investisiya layihəsində (biznes-planda) 4-cü İnvestisiya Müsabiqəsi üzrə müraciət etdiyini qeyd etməlidir
Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlanmalıdır:
AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91
Əlaqə nömrələri:
Ümumi məsələlərlə bağlı - (012) 498-08-44, 498-89-14, daxili nömrə (1248)
Torpaq məsələləri ilə bağlı - (012) 498-08-44, 498-89-14, daxili nömrə (1298)
Elektron poçt: web@agro.gov.az
Fax: (012) 498-64-49
Adı/Name: Dövlət Xəzinədarlıq Agentliyi
Kod/Code: 210005
VÖEN/İNT: 1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)
VÖEN/İNT: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWİFT/ SWİFT: CTREAZ22
Hesab №/Account № AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)
Büdcə səviyyəsi kodu: 7
Büdcə təsnifatı kodu: 142330
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
02 Iyun 2026
“Aqrar Tədarük və Təchizat” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
02 Iyun 2026
Tacikistanda keçirilən beynəlxalq konfransda su ehtiyatlarının dayanıqlı idarə olunması məsələləri müzakirə edilib
02 Iyun 2026
İşğaldan azad edilmiş ərazilərdə torpaqların sakinlərə icarəyə verilməsi ilə bağlı görüşlər keçirilib
01 Iyun 2026
Aqrar Tədqiqatlar Mərkəzində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib
01 Iyun 2026