Şamaxıda keçirilən Üzüm Festivalı çərçivəsində “Merano Wine Fest”in təsisçisi və prezidenti, “Gourmet’s International” və “The WineHunter” şirkətlərinin səhmdarı Helmes Koxer (Helmuth Köcher) ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Elgün Məhəmmədəlizadə, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov iştirak ediblər.
Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahənin inkişafı ilə bağlı müəyyən olunmuş hədəflər, Azərbaycan şərablarının beynəlxalq festivallarda təmsil olunması, yerli şərab məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, şərabçılığın və aqroturizmin inkişafı, həmçinin üzümçülük və şərabçılıq sahəsində Azərbaycan-İtaliya əməkdaşlığının perspektivləri müzakirə olunub.
Azərbaycan şərablarının “Merano Wine Fest”də təqdim edilməsi, festivalda iştirak edəcək yerli istehsalçıların və məhsulların müəyyənləşdirilməsi, gələcək festivallarda Azərbaycan şərablarının daha geniş təmsil olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, “The WineHunter” platformasının imkanlarından istifadə etməklə Azərbaycan şərablarının beynəlxalq auditoriyaya təqdim olunması, yerli istehsalçıların xarici alıcılar, distribütorlar və şərab sənayesinin peşəkar şəbəkələri ilə əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə kiçik və butik şərab istehsalçılarının inkişafına göstərilən dəstək barədə də məlumat verilib. Bildirilib ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə-kəndli təsərrüfatına, “Dilbazi” və “Dilboz Wine” şərabçılıq təsərrüfatlarına avadanlıq, qablaşdırma və satış istiqamətində dəstək göstərilib.
Şamaxı və digər üzümçülük rayonlarının şərab turizmi potensialının inkişaf etdirilməsi, İtaliyanın aqroturizm təcrübəsinin öyrənilməsi, eləcə də şərabçılıq sahəsində mütəxəssis və təcrübə mübadiləsinin təşkili məsələləri də görüşdə müzakirə olunan mövzular sırasında olub.
Nazir Məcnun Məmmədov “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
25 Sentyabr 2026
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
25 Sentyabr 2026
Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
25 Sentyabr 2026
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
25 Sentyabr 2026
Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
25 Sentyabr 2026