Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə bölgələrdə əməyin mühafizəsi mövzusuna həsr olunmuş silsilə tədbirlər davam edir. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində Xaçmaz, Quba ,Qusar, Siyəzən və Şabran rayonlarında Birliyə üzv təşkilatların həmkarlar ittifaqlarının sədrləri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən növbəti zona seminarında əməyin mühafizəsi mövzusunda təqdimatlar keçirilib. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev və texniki əmək müfəttişi Ramiz Hacıyev iştirakçılara “Yanğından mühafizə” və “İş yerlərində təhlükələr” mövzusunda təlimlər keçib, təhlükəli hallar zamanı görüləcək tədbirlər haqqında məlumat veriblər.
Qeyd olunub ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin nümayəndələri həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda əməyin mühafizəsi qaydalarının tətbiqinə dair monitorinqlər keçirib, bu sahəyə məsul şəxslərə təlimatlar veriblər.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Dekabr 2024
Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər
06 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024