29-30 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Bakıda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların kənd məhsullarına artan tələbatlarını təbii və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.
Yarmarkada 20-ə dək regiondan 40-a yaxın fermer 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Yarmarka 2 gün müddətində saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunurlar. Yarmarkada iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.
Pambıq sahələrində zərərli orqanizmlərə qarşı bioloji mübarizəyə dair tarla seminarı keçirilib
05 Iyul 2024
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
04 Iyul 2024
Respublikada taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb
04 Iyul 2024
Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarına 6756 fermer qatılıb
03 Iyul 2024
Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
03 Iyul 2024