• Ana səhifə
  • Xəbərlər
  • Cəlilabadda iri fermer təsərrüfatlarının istehsal potensialı və inkişaf perspektivləri öyrənilib
Cəlilabadda iri fermer təsərrüfatlarının istehsal potensialı və inkişaf perspektivləri öyrənilib

Cəlilabad rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində iri fermer təsərrüfatlarına baxış keçirilib.

Baxışda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Monitorinq zamanı iri fermer təsərrüfatlarının fəaliyyəti, istehsal potensialı və inkişaf perspektivləri ilə yerində tanışlıq olub. Fermer və sahibkarlarla görüşlərdə onların üzləşdikləri çətinliklər dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, aqrar sahə Cəlilabad rayonunun iqtisadi inkişafında, məşğulluğun artırılmasında və əhalinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin rayonun kənd təsərrüfatı potensialının daha da gücləndirilməsinə imkan yaradacağı vurğulanıb.

Qeyd olunub ki, proqram müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqini, məhsul istehsalı və emalının inkişafını, dəyər zəncirinin gücləndirilməsini, fermer və sahibkarlara dəstəyin artırılmasını nəzərdə tutur.