Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Qonağı salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Tərəflər Azərbaycan ilə Misir arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, Misirdən olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024
Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib
24 Dekabr 2024