Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 31 oktyabr tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamına əsasən təltif olunmuş Nazirlik əməkdaşları və fermerlərə orden və medallar təqdim olunub.
Orden və medalların təqdim olunmasına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, aqrar sahədə çalışan şəxslərə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərilir. 31 oktyabr 2024-cü il tarixli Sərəncamla kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.
Dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 37 nəfəri orden və medallarla təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezidentin imzaladığı sərəncamla təltif olunan Nazirlik əməkdaşları və fermerlər verdiyi dəyərə görə dövlət başçısına təşəkkür ediblər.
Sonra təltif olunmuş nazirlik əməkdaşları və fermerlərə medal və vəsiqələr təqdim edilib.
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
10 Yanvar 2025
Aqrar Sığorta Fondu bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir
10 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin yanvarda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
06 Yanvar 2025
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək
06 Yanvar 2025
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024