Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2023-cü ilin dekabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
22 Sentyabr 2026
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb
22 Sentyabr 2026
AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Sentyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək
22 Sentyabr 2026
Azərbaycan FAST Tərəfdaşlığının Romada keçirilən görüşlərində iqlim maliyyəsi və dayanıqlı kənd təsərrüfatı məsələləri müzakirə edilib
21 Sentyabr 2026