Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2-3 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkada ümumilikdə 40 regiondan 60 fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Qeyd edək ki, fermerlər yarmarkada ödənişsiz olaraq piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Nazir müavini Sarvan Cəfərov Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
24 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
24 Yanvar 2025
2024-cü ildə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib
21 Yanvar 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Yanvar 2025
2024-cü ildə AFAQ layihəsi çərçivəsində 100 fermerə dəstək göstərilib
17 Yanvar 2025