Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Şamil Ayrım isə öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. O, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib
23 Dekabr 2024
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024