Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir.
Müvafiq ixtisaslara sahib olan şəxslər aqrar sığorta eksperti olmaq üçün Aqrar Sığorta Fonduna (ASF) müraciət edərək təlimlər üçün qeydiyyatdan keçməlidirlər.
Təlim prosesində nəzərdə tutulan qaydada iştirak edən ekspertlər Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi imtahanda iştirak etməlidirlər. İmtahanda ən azı 60 faiz bal toplayan namizədlərə 5 il müddətinə sertifikat verilir. Onların adı Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilir. Sertifikat əldə edən şəxslər ASF ilə xidməti müqavilə bağlayaraq aqrar sığorta eksperti kimi fəaliyyətə başlayırlar.
Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədləri 2026-cı il oktyabrın 10-dək qəbul ediləcək. Təlimlər 2026-cı il 18-24 oktyabr tarixlərində, ASF-nin binasında – Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 Çağrı mərkəzi və ya 055 500 84 23 nömrəsinə zəng etmək, həmçinin məlumatları career@asf.gov.az elektron poçt ünvanına göndərmək olar.
Qeyd edək ki, ekspertlər təsərrüfatlara sığortadan əvvəl baxış keçirir, eləcə də təsərrüfatlarda baş vermiş hadisəni araşdırır və zərərləri hesablayırlar. Fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.
Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir. ASF ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir.
Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir.
Qeydiyyat üçün:
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026