Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Novxanı, Corat, Binəqədi, Fatmayı və Goradil bağları ərazilərindəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərvericilərinə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb. Belə ki, 1014 hektar ərazidə karantin zərərvericisi olan yastıcalar və Amerika ağ kəpənəyinə qarşı mübarizə aparmaq məqsədi ilə müşahidə aparılıb. Müşahidələr zamanı 25 ha ərazidə Yaponiya yalançı qalxanlı mumlu yastıcası, 3 ha ərazidə isə Komstok yastıcası aşkar edilib. Amerika kəpənəyi ilə bağlı aparılmış müşahidələr zamanı isə 25 ha ərazidə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş 25 ha ərazidə yastıcalara qarşı hektara 400 qr hesab norması ilə Hekvidor 350 SC preparatı ilə kimyəvi mübarizə, 25 ha ərazidə isə Amerika ağ kəpənəyinə qarşı mexaniki mübarizə tədbirləri aparılıb.
Qeyd edək ki, Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Hazırda karantin zərərvericilərinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026