Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransı giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2018-ci il ərzində universitetdə keçirilən tədbirlər barədə danışıb. Elmi-praktiki konfransın əhəmiyyətini vurğulayan rektor eyni zamanda respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gəncə bölməsi, Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutundan 100-dən çox məqalənin məruzə üçün təqdim edildiyini bildirib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla nəfis şəkildə nəşr edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliiyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.
Konfransın plenar iclasında AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavinləri Natiq Allahverdiyev və Ələmdar Məmmədov, laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, aparıcı elmi işçisi Şahniyar Bayramov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Genbankının müdiri Sevinc Məmmədova, Botanika İnstitutunun təhsil şöbəsinin müdiri Rəşad Səlimov və laboratoriya müdiri Pərvanə Qaraxani, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədiqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai, direktor müavini Şikar Əhmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov və başqaları məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024