Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Cəlal Əliyev Azərbaycan biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən danışıb. Rektor qeyd edib ki, akademik Cəlal Əliyev yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticələr verən buğda sortlarını yaradıb, Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiyasını işləyib hazırlayıb, Bitki Genbankı yaratmış, “Azərbaycanın Qırmızı kitabı” nəşrinin baş redaktoru olub. Onun yaratdığı elmi məktəbin nümayəndələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində, o cümlədən MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropada aqrar elmin inkişafına töhfələr verirlər.
Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ələmdar Məmmədov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun laboratoriya müdiri dosent Şəhriyar Bayramov, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri dosent Tofiq Allahverdiyev, ADAU-nun Biologiya kafedrasının müdiri professor Zaur Hümbətov, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri dosent Arif Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri dosent Aynur Həsənova akademik Cəlal Əliyevin fundamental elmi araşdırmaları və nəaliyyətlərinə dair maraqlı məruzələrlə çıxış ediblər, xatirələrini bölüşüblər.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026