Koronavirusun infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq tədris prosesinin dayandırılması ilə bağlı qərardan sonra Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələr üçün məsafədən tədris imkanlarını genişləndirən ilk ali təhsil müəssisəsi olub. Tələbələrin təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə tədris prosesi məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkil olunur. İndiyədək ADAU-nun professor və müəllim heyəti tərəfindən tələbələrə 150-dən çox onlayn dərs keçirilib.
2019-cu ilin sentyabr ayından istifadəyə verilən ADAU TV internet televiziyası ən müasir avandalıqlarla təchiz olunduğundan yayımın keyfiyyəti də yüksək səviyyədədir. “Facebook” üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin “Youtube” portalındakı səhifəsində yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və universitetin təkmil videodərs bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsi tələbələrlə yanaşı, bu sahə ilə maraqlanan digər şəxslərin də onlayn dərsləri izləməsinə imkan verir. Bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır. Hər biri 60 dəqiqə olmaqla gün ərzində 6-7 onlayn dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır. Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Bununla yanaşı, universitetdə təhsil proqramlarının məsafədən mənimsənilməsini təmin etmək üçün tədris materialları tələbələrə elektron formada çatdırılır, fənlərdən və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən “Skype”, “WhatsApp”, “Zoom”, “Hangouts” proqramlarından istifadə olunur.
Onlayn mühazirələrə baxış sayı kifayət qədər yüksəkdir. Belə ki, bir onlayn dərsi orta hesabla 1000-3000 tələbə izləyir. Tələbələr hər bir mühazirəni maraqla dinləyir və müəllimlərə mövzuya uyğun suallar ünvanlayırlar. Qeyd edək ki, online dərslər karantin müddəti başa çatanadək davam edəcək.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026