May ayından start götürmüş “AgroX” innovasiya proqramı üzrə ilkin seçim turu başa çatıb. İyun ayının 17-nə qədər davam etmiş qeydiyyat prosesinə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb. Münsiflər heyəti “Startap Azərbaycan”, “İNNOLAND” Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarından təşkil olunub.
“AgroX” innovasiya proqramına təqdim olunmuş layihələr arasında ikimərhələli seçim həyata keçirilib. Hər bir iştirakçının münsiflər qarşısında qısa təqdimatı dinlənilib və bunun əsasında qiymətləndirmə aparılıb. Seçilmiş layihələrdə ideyanın cəlbediciliyi, davamlılığı və gəlirli olması, komandanın peşəkarlığı əsas meyar kimi götürülüb.
İkinci mərhələdə iştirak üçün seçilmiş layihələri təkmilləşdirmək məqsədi ilə təlimlər təşkil olunacaq, mentor dəstəyi ilə startapçılar layihələrini inkişaf etdirəcəklər. Yekunda startapçılar layihələrinin ilkin nümunələrinin təqdimatını həyata keçirəcəklər.
Qeyd edək ki, “AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “İNNOLAND” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min manat müəyyən olunub. Birinci yerin qalibinə 6 min manat, ikinci yerin sahibinə 4 min manat, üçüncü yer tutan startapçıya isə 2 min manat mükafat veriləcək.
Proqramın əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə, qərarların daha effektiv və çevik formada qəbul edilməsinə dəstək göstərməkdir. Bu məqsədin reallaşması üçün aqrar sahə üzrə seçilmiş biznes ideyaların reallaşması, innovasiyaların təşviqi və tətbiqinə, eləcə də aqrar startapların inkişafına köməklik göstəriləcək.
İkinci mərəhələyə keçmiş layihələrlə aşağıdakı linkdə tanış olmaq olar:
http://agro.startup.az/az/news/agrox-musabiqesinde-2-ci-merheleye-kecen-layihelerin-siyahisi-24.html
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026