Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Ağstafa rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliynin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Təlim 14 nəfər fermerin iştirak ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ağstafa Rayon Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov tərəfindən aparılıb. Təlimdə xırdabuynuzlu heyvanlar arasında baş verən infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Qeyd olunub ki, çiçək xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. İrinləmə mərhələsi (pustula) ağız, burun boşluqlarının və gözün selikli qişalarının pozğunluğu zamanı qeyd edilir və qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər.
Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100%-dək ola bilər.
Tədbirdə həmçinin çiçək xəstəliyi barədə ətraflı danışılıb. Xəstəliyin yoluxma və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, cari il ərzində Ağstafa rayonunda 171662 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Təlimdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024