Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, xüsusi karantin rejimi dövründə də Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən ciddi riayət edilməklə heyvanlara baytarlıq xidmətləri göstərilir.
Hazırda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq Ağstafa rayonunda iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri yekunlaşıb. Belə ki, cari ilin 6 ayı ərzində 24880 baş iribuynuzlu, 101348 baş xırdabuynuzlu və 2454 baş təkdırnaqlı heyvanlarda qarayara əleyhinə peyvəndləmə aparılıb.
Təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Agentliyin Ağstafa Rayon Baytarlıq İdarəsi cari ilin 6 ayı ərzində qarayara xəstəliyinə qarşı aparılan tədbirlərlə yanaşı, dabaq xəstəliyinə qarşı 24116 baş iribuynuzlu və 52736 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 6089 baş itdə, qrip və rinopnevmaniya xəstəliyinə qarşı 90 baş atda, nodulyar dermatit xəstəliyinə qarşı 22543 baş iribuynuzlu heyvanda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 212452 baş quşda “H” vaksini ilə, 261883 baş cücədə “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr yerinə yetirilib.
May ayından başlayaraq Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib. Artıq 4315 baş iribuynuzluda “S-19“ştammı, 27636 baş xırdabuynuzlu heyvanda isə “Rev-1” ştammı ilə peyvəndləmə aparılıb.
Həmçinin 2020-ci il üçün nəzərdə tutulan epizootik tədbirlər planına uyğun olaraq 2553 baş törədici qoçlardan bruselyozun və infeksion epididimitin müayinəsi məqsədi ilə qan nümunələri götürülüb, 247 baş iribuynuzlu, 70 baş xırdabuynuzlu heyvanlar arasında yoluxmayan xəstəliklər ambulatoriya üzrə qeydə alınıb və müalicə işləri aparılıb.
Rayon ərazisində baytarlıq-sanitariya işinin əsasını təşkil edən 627 obyektin 27956 kvadratmetr sahəsində profilaktik dezinfeksiya tədbirləri görülüb.
Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Aparılan tədbirlərin nəticəsidir ki, Ağstafa rayonunda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər. Bu zaman həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər, o cümlədən qan-parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərilməsi, heyvanların günvurma və istivurmadan qorunması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024