Xəstəliklər tumurcuqları, yarpaqları, zoğları, çiçək və meyvələri ümumilikdə bitkinin kök sistemi də daxil olmaqla, bitkinin bütün orqanlarını sirayətləndirir. Alma bitkisi üzərində göbələk (dəmgil, unlu şeh, monilioz və ya meyvə çürüməsi, yarpaqlarda qonur ləkəlilik, septorioz və ya ağ ləkəlilik, pas, qara xərçəng, sitosporioz və ya budaqların quruması), bakteriya (bakterial kök xərçəngi, qabıqda nekroz və ya bakterial xərçəng), virus (mozaika, xlorozlu ləkəlilik, oduncağın şırımlığı və s.) mənşəli xəstəliklər müşahidə olunur. Eyni zamanda, alma bitkisində mikroelement çatışmamazlığından (Cu, Zn, B, Fe və s.) da bir sıra xəstəliklər (xırda yarpaqlıq) əmələ gəlir
Dəmgil xəstəliyi (Ventura inaequalis (Cke) Wint)
Bitkinin çiçək, yarpaq, zoğ və meyvələrini sirayətləndirir. Erkən yazda göbələyin psevdotesisini asanlıqla görmək mümkündür. Xəstəlik yüksək nisbi rütubət şəraitində sürətlə yayılır və inkişaf edir.
Almada dəmgil xəstəliyi yarpaq ayasının üst və alt tərəfində müşahidə olunur. Yarpağın səthində tünd zeytuni rəngdə ləkələr əmələ gəlir. Yoluxmuş meyvələr əyilir. Meyvə böyüdükcə sirayətlənmiş hissədə çatlar əmələ gəlir.
Almada dəmgil xəstəliyini törədən göbələyin (Venturia inaequalıs Wint) çanta sporları +70C-dən yuxarı temperaturda yetişərək yayılır. Bu dövr Quba-Xaçmaz bölgəsi şəraitində aprel ayının əvvəli çiçək tac yarpaqlarının əmələ gəldiyi dövrə təsadüf edir. Dəmgillə sirayətlənmiş yarpaqlarda fotosintez prosesi pozulur və vaxtından əvvəl tökülmə baş verir. Xəstəliyin inkişafı üçün 18-200C optimal temperatur tələb olunur.
Həddindən çox yüksək temperaturda (300-dən yuxarı) xəstəliyin çanta sporları inkişaf edə bilmir. Vegetasiya dövrü yağmurlu keçərsə, xəstəliyə yoluxma halı yayın birinci yarısında da davam edir. Xəstəliyin ilkin əlamətləri çiçəkləmə fazasından sonra müşahidə olunsa da xəstəlik əleyhinə mübarizənin çiçəkləmənin 25% getdiyi vaxtda aparılması tövsiyə olunur. Dəmgil xəstəliyinə tutulmuş meyvə məhsulunun əmtəəlik keyfiyyəti aşağı düşür. Xəstəliyə ən çox Simirenko reneti, Starkrimson, Qolden Delişes, Qolden Spur, Cır Hacı sortları yoluxur. Conatan, Sarı sinap, Şampan reneti, Məxməri, Qızıl Tac, Qızıl Əhmədi, Çıraqqala kimi sortlar digər sortlara nisbətən davamlılıqlarına görə fərqlənirlər.
Mübarizə tədbirləri
Vegetasiyanın sonunda yerə tökülmüş yarpaq və meyvələr yığılıb yandırılır. Payızda ağaclarda yarpaqların 50-75%-i töküldüyü zaman 3%-li Bordo mayesi ilə çiləmə aparılır. Vegetasiya müddətində çiçəkləmədən əvvəl (çiçək ləçəklərinin 25% açıldığı zaman), çiçəkləmədən sonra (çiçək ləçəklərinin 75% töküldüyü zaman) və sonuncu mübarizədən 8-10 gün fasilə ilə xəstəliyə qarşı Xorus, Skor, Sineb, Taspa, Canvil, Hassvil və s. preparatlarından biri ilə kimyəvi mübarizə aparılır. Dəmgil xəstəliyi əleyhinə sistem və sistem-kontakt təsirli fungisidlərdən istifadə tövsiyə olunur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024