Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron ərazisində yerləşən üzümçülük təsərrüfatında 300-dən artıq yerli və xarici sortlar yetişdirilir. İnstitutun təsərrüfat şöbəsinin müdiri Anar Xudiyevin sözlərinə görə, fermerlərlə birgə keçirilən tədbirlərdə onlara alimlər tərəfindən üzüm sortlarının keyfiyyət göstəriciləri, həmçinin bölgənin torpaq, iqlim şəraiti nəzərə alınaraq ting, şitil seçimi də izah olunur: “Üzüm bağı salmaq istəyən fermerlərə institutun əməkdaşları tərəfindən yetişdirilən üzüm sortlarının tinglərini almaq tövsiyə edilir. Təsərrüfatımızda dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları “Ağ şanı”, “Qara şanı”, “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə” sortları, üzüm genefondumuz qorunub saxlanılır”.
Anar Xudiyev fermerlərə öz kökü üzərində yerişdirilən üzüm tinglərinə üstünlük verməyi məsləhət görür: “Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük vermələrini məsləhət görərdik. Bu üsulla salınmış bağ xəstəliklərə və iqlimə qarşı dözümlü, həmçinin uzunömürlü və məhsuldar olur. Bölgələrdə fermer üzüm bağı salmaq istəyirsə, mütləq regionun təbii-iqlim şəraitini nəzərə almalıdır. Üzümlüklərdə düzgün sort seçimi və sortöyrənmə yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır”.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026