Aprel ayından etibarən Azərbaycan-İsrail birgə Təlim Proqramı çərçivəsində aqronom və fermerlər üçün xüsusi təlimlərə başlanılacaq. Nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu israilli və yerli mütəxəssislərdən ibarət işçi heyət tərəfindən hazırlanıb.
Apreldə keçirilməsi planlaşdırılan təlimlər tumlu və çəyirdəkli meyvələrin (alma, armud, gilas, nektarin, şaftalı və gavalı) becərilməsi, aqrotexniki qulluq və digər mövzuları əhatə edir. Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Həmçinin, torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat veriləcək.
Ümumilikdə 12 gün ərzində hər gün 3 saatlıq nəzəri və praktiki təlimlər təşkil olunacaq. Nəzəri təlimlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda, praktiki təlimlərin isə institutun və fermerlərin təsərrüfat sahələrində keçirilməsi nəzərdə tutulur. Bu təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarəedilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır. Təlim kursunu İsraildən dəvət olunan 4 mütəxəssis idarə edəcək. Təlim kursu ödənişlidir.
Təlimdə iştirak üçün əlaqələndirici şəxs:
İbrahim Zulbalayev (Meyvəçilik və tərəvəzçilik şöbəsi)
e-mail: ibrahim.zulbalayev@agro.gov.az
mob: +994 77 308 08 28
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb
12 Oktyabr 2026
Ağdaşda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub
12 Oktyabr 2026
Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
10 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
10 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026