Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ağdaş şəhərində növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub.
Ağdaş şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında keçirilən yarmarkada Ağdaş Rayon İcra Hakimiyyətinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin məsul şəxsləri iştirak ediblər. Onlara yarmarkanın təşkili, kənd təsərrüfatı və qida məhsullarının satışı barədə məlumat verilib.
Qeyd olunub ki, “Kənddən Şəhərə” yarmarkalarının Ağdaş şəhərində və respublikanın digər regionlarında mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə, fermerlərlə istehlakçılar arasında birbaşa əlaqələrin qurulmasına və yerli məhsulların satış imkanlarının genişləndirilməsinə şərait yaradır.
Yarmarkada respublikanın müxtəlif regionlarından olan 45-ə yaxın fermer tərəfindən 50 çeşiddə, ümumilikdə 6 tona yaxın kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçirilib. Yarmarkada fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunublar.
ABŞ-da aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
21 Noyabr 2026
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
21 Noyabr 2026
Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilmişdir
21 Noyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
20 Noyabr 2026
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
20 Noyabr 2026