Aqrar Elm və İnnovasiya Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nümayəndələri ilə görüş keçirilib. Mərkəzin direktoru İmran Cümşüdov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə elmi tədqiqatların, o cümlədən pestisid və üzvi gübrələrin təcrübələrinin aparılması, nəticələrin fermerlərə çatdırılması istiqamətində birgə tədbirlər həyata keçirilməlidir.
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov əməkdaşlığın perspektivləri haqqında danışıb. Bildirib ki, “Azofos-K” üç qida elementli gübrənin əkinlərdə tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac var. İnstitutda yaradılmış, Yüksək Texnologiyalar Parkının rezidenti olan “İNKOR” MMC ilə birgə istehsalı təşkil olunmuş gübrə Şamaxıda süfrə üzüm bağlarının 28 hektarında və Ağsu rayonundakı 290 hektar nar bağında istifadə olunub. Üzüm bağlarına hektara 214 kiloqram fiziki çəkidə gübrə verilib, nəticədə 252 tondan çox məhsul əldə olunub. Nar bağlarına isə fiziki çəkidə hər hektara 110 kiloqram olmaqla “Azofos-K” gübrəsi verilib, nəticədə məhsuldarlıq artaraq hər hektardan 15 ton məhsul yığılıb. Bildirilib ki, gübrə zərərli komponentlərə, o cümlədən nitrat azotuna malik deyil, səmərəlidir, maye halda olduğundan daşınması, saxlanması, damcı üsulu ilə sahəyə verilməsi asandır.
Görüşdə sözügedən gübrənin fermer təsərrüfatlarında tətbiqi imkanları müzakirə olunub, Regional Aqara Elm və İnnovasiyalar Mərkəzlərində təcrübələrin aparılması, təbliği qərara alınıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026