Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. Online formatda keçirilən iclasın əsas mövzusu “Elmi-Tədqiqat İnstitutlarının 2020-ci ildə elmi, elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr” olub.
İclasda giriş sözü ilə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov kənd təsərrüfatının dayanıqlı inkişafında aqrar elmin rolundan danışaraq kənd təsərrüfatı tədqiqatlarının kənd təsərrüfatının müasir inkişafı ilə ayaqlaşmalı olduğunu bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı tədqiqatları aqrar istehsal sistemindəki dəyişikliklərə, həmçinin kənd yerlərində dəyişikliklərə səbəb olan əsas amillərdən biridir. Bu gün aqrar tədqiqatlarının hədəfi yalnız məhsuldarlığın və istehsalın artırılması deyil, həm də resursların səmərəli idarə edilməsi, ətraf mühitin qorunması, resursqoruyucu texnologiyaların mənimsənilməsi kimi məsələlər olmalıdır.
Aqrar elmin gələcək inkişafından danışan AEİM sədri vurğulayıb ki, müasir dövrdə aqrar elmin gələcək inkişafı ilk növbədə rəqabətqabiliyyətli elmi-texniki məhsulun hazırlanması üçün prioritet olan fundamental və tətbiqi elmi-tədqiqatların dərinləşdirilməsini, eləcə də ölkənin Aqrar Sənaye Kompleksinin davamlı inkişafına hədəflənən elmi işləmələrin istehsalatda tətbiq edilməsi prosesinə müsbət təsir edəcək elmi-innovativ mexanizmlərin müəyyən edilməsini tələb edir. Tədqiqat mövzuların fermerlərin ehtiyacları əsasında müəyyən edilməsinin əhəmiyyət kəsb edib.
Daha sonra AEİM-in fəaliyyətlərini koordinasiya etdiyi elmi-tədqiqat institutlarında 2020-2025-cü illər üzrə müəyyən edilmiş prioritet tədqiqat hədəfləri istiqamətində aparılan tədqiqatların vəziyyətinə dair məlumatlar dinlənilib. İclasda çıxış edən Şura üzvləri elmi nəticələrin tətbiq məsələsinə toxunaraq öz fikirlərini bildiriBlər. Elmi nəticələrin fermer təsərrüfatlarında tətbiqinə nail olmaq üçün tədqiqatların təkcə təcrübə stansiyalarında deyil, həm də fermer təsərrüfatlarında aparılmasının nəticədə tətbiq işlərinin geniş yayılmasına töhfə verəcəyi vurğulanıb. Elmi nailiyyətlərin fermer təsərrüfatlarında geniş yayılmasında RAEİM-lərin xüsusi rol oynadığı diqqətə çatdırılıb və bu sahədə RAEİM-lər tərəfindən görülməli olan işlər barədə müzakirələr aparılıb.
İclasda növbəti il üçün Elmi-Texniki Şuranın İş planı, Şuranın yeni tərkibi barədə təkliflər müzakirə olunaraq təsdiq edilib.
Şuranın iclasında yekun nitqi ilə çıxış edən İ. Cümşüdov AEİM sistemində planlaşdırılan elmi-tədqiqat işlərinin daima Şuranın diqqətində saxlanılacağını, aparılan işlərin vəziyyətini müəyyən etmək üçün mütəmadi olaraq monitorinq və qiymətləndirmə aparılacağını bildirib.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026