“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının növbəti layihəsi olan “Yaylaq Könüllü Düşərgəsi”nin bağlanış mərasimi keçirilib.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda baş tutan tədbirdə institutun direktoru Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyi İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə iştirak edib.
Tədbirdə çıxış edən Elvin Paşayev könüllülüyün insan kapitalının inkişafında vacib bir mərhələ olduğunu bildirib. Şöbə müdiri dövlət tərəfindən insan kapitalına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini daha da artırmasının vacib olduğunu qeyd edib. Elvin Paşayev “Yaylaq Könüllü Düşərgəsi” kimi layihələrin bu məqsədlərin həyata keçirilməsində xüsusi rol oynadığını vurğulayıb və iştirakçıların layihə ilə bağlı təəssüratlarını öyrənib.
Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edib. O, “Aqrar İnkişaf Könüllüləri”nin xidmət sahələri, məqsədləri, gələcək hədəfləri, nəzərdə tutulan layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sarvan Cəbrayılzadə iştirakçıların layihə ilə bağlı fikirlərini öyrənib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə öz növbəsində geniş vüsət alan könüllülük hərəkatından, gənclərin aqrar sahəyə cəlb olunmasının əhəmiyyətindən, rəhbərlik etdiyi tədqiqat müəssisəsinin yaratdığı imkan və şəraitlərdən söz açıb.
Daha sonra iştirakçıların layihə çərçivəsində hazırladıqları təqdimatlar, layihənin video-çarxı izlənilib və debat-simulyasiyanın, iştirakçıların təqdim etdiyi layihə təkliflərinin qalibləri açıqlanb.
Qeyd edək ki, 5 gün davam etmiş layihə çərçivəsində iştirakçılar debat-simulyasiya, video-çarxların hazırlanması kimi fəaliyyətlərdə, eləcə də “Aqrar Marketinq və Kənd Təsərrüfatı haqqında fundamental biliklər”, “Heyvandarlıq” və digər əlaqəli beynəlxalq məlumatlı mövzularında təlimlərdə də iştirak edib, Gəncə, Göygöl, Goranboy və Şəmkir rayonlarında yerləşən təsərrüfat sahələrinə baş çəkib, fermerlərlə görüşüb.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026