“Torpaqların qayğısına daha yaxşı qalmasını təmin etmək üçün fermerlər arasında qara herik üsulunun təşviq edilməsi lazımdır”. Bu fikir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin Dağlıq Şirvan iqtisadi rayonunun aqrar məsləhət xidməti təminatçıları və fermerləri üçün təşkil etdiyi seminarda səsləndirilib.
Seminarda layihənin məqsədləri və hədəfləri, görəcəyi işlər, aqrar məsləhət xidmətlərinin müsbət beynəlxalq modelləri barədə iştirakçılara məlumat verildikdən sonra regionun aqrar xəritəsi təqdim olunub.
Tədbirdə regionun kənd təsərrüfatının xəritələşməsi və aqrar sahənin ətraf mühitə təsiri amilləri xüsusilə geniş müzakirə olunub. Beynəlxalq ekspert Gülcahan Qurbanova dayanıqlı kənd təsərrüfatında aqrar məsləhət xidmətlərinin rolundan danışıb. Layihənin milli koordinatoru Vüqar Bəşirov paytaxta yaxın olduğu üçün sənaye tullantıları ilə çirklənmiş torpağın, suyun təmizlənməsi ilə bağlı müvafiq qurumların işlər gördüyünü bildirib. “Torpağın münbitliyinin deqradasiyası ilə bağlı bütün regionları əhatə edən genişmiqyaslı proqram və davamiyyətli fəaliyyətin olması vacibdir”, - deyə mütəxəssis qeyd edib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan təcrübə stansiyasının taxıl məhsuldarlığı üzrə ətraf ərazilərə nisbətən ən yüksək göstəriciyə malik olmasının əsas səbəbi kimi torpağın idarə edilməsi – qara herik altında saxlanılması olduğu bildirilib. Bu metodun fermerlər arasında yayılmamasının səbəbi kimi isə torpaq sahələrinin kiçik olması göstərilib. İştirakçılar əkin torpaqlarının qorunması üçün qara herik üsulunun təşviqinin davam etdirilməsini təklif ediblər.
“Dünyada kənd təsərrüfatı məhsullarının 80 %-ni kiçik – torpaq sahəsi 5 hektardan az fermerlər verir. Bunların da 34%-ni 2 hektaradək torpaq sahəsi olan fermerlər təşkil edir” – deyən Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev ağıllı idarə etmə ilə kiçik torpaq sahələrindən də yüksək məhsuldarlıq əldə etməyin mümkünlüyünü qeyd edib.
Görüşdə vurğulanıb ki, layihə çərçivəsində hazırlanmaqda olan strategiya və aqrar məsləhət xidməti modeli aqrar məsləhət xidmətindən bütün fermerlərin faydalanmasını və dayanıqlı olmasını təmin edəcək. Mütəxəssis hesab edir ki, bu səbəbdən aqrar sahənin bütün iştirakçıları kimi kənd əhalisinin də müvafiq ictimai xidmətlərə çatması aqrar məsləhət xidməti modeli və strategiyasında yer almalıdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024