Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəvəti ilə ölkəmizdə səfərdə olan qonaqlar bu gün Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətində (ASC) olub, Cəmiyyətin rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə Azərbaycan və Koreya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin mövcud vəziyyətindən, o cümlədən aqrar sahədəki əməkdaşlıqdan məmnunluq ifadə edilib, Aqrar Tədarük və Təchizat ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanın tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi müzakirə edilib.
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Koreya nümayəndə heyəti ilə keçirilən görüşün ölkəmizdə aqrar sahənin inkişafında müstəsna rolu olacağını bildirib: “Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur, müxtəlif sahələr üzrə əməkdaşlığımız var. Koreyanın aqrar sahədə zəngin təcrübəsi var, biz bu təcrübənin öyrənilməsində və ölkəmizdə tətbiqində maraqlıyıq. Bunun üçün bu ölkənin müvafiq qurumları ilə davamlı görüşlər keçiririk. Aqrar sahədə fəaliyyət göstərən fermerlərdən ibarət kooperativlərin yaradılmasında Koreyanın zəngin təcrübəsindən yararlanmaq Azərbaycanın bölgələrində kənd təsərrüfatının inkişafı, fermerlərin bu sahədə təşkilatlanması istiqamətində görülən işlərin daha da sürətlənməsinə və genişlənməsinə təkan verəcək”.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026