Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində fermerlərə dəyən zərərə görə sığorta ödənişləri davam etdirilir. Aqrar Sığorta Fondunun rəhbərliyi Qobustan rayonunda fermerlərlə görüşərək mart ayında baş verən fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər.
Bu ilin mart ayında Qobustanda əsən güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə zərər vurub. Hadisə nəticəsində Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilmilli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 500 hektara yaxın sığortalanmış taxıl sahəsi qasırğadan zərər görüb. Aqrar sığorta ekspertləri tərəfindən araşdırma və qiymətləndirmə işləri aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişlərinə başlanılıb. Bu gün əkin sahələri fırtınadan zərər çəkən 12 fermerə ümumilikdə 50000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Hazırda kompensasiyaların ödənilməsi prosesi mərhələli şəkildə davam etdirilir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir: "Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Dövlət tərəfindən fermerlərin subsidiyalarla dəstəklənməsi və aqrar sığorta mexanizminin özünü doğrultması kənd təsərrüfatını yüksək gəlirli sahəyə çevirir”.
Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsənağa Hüseynov vurğulayıb ki, fermerlərin aqrar sığortaya marağı artır. Fermerlər isə öz növbəsində qeyd ediblər ki, etibarlı sığorta mexanizminin işə düşməsi onların təsərrüfatını, gəlir və qazanclarının risklərdən qoruyur. Bunu əsas gətirən fermerlər digər kənd təsərrüfatı məhsullarının istehsalçılarına öz təsərrüfatlarını sığortalamağı tövsiyə ediblər.
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
14 Noyabr 2026
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13 Noyabr 2026