Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) baytarlıq xidməti sahəsində aparılan epizootik tədbirlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov çıxış edərək 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı heyvanları arasında aparılan epizootik tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Onun sözlərinə görə, AXA-nın baytarlıq mütəxəssisləri tərəfindən 2019-cu ilin 6 ayı ərzində xüsusi təhlükəli xəstəliklər hesab olunan qarayara xəstəliyinə qarşı 9801976 heyvanda, o cümlədən 2530204 baş iribuynuzlu, 7185984 baş xırdabuynuzlu heyvanlarda, 4105 baş donuzlarda və 81363 baş təkdırnaqlılarda, 320 baş dəvədə peyvəndləmə işləri aparıblar.
Bundan başqa dabaq xəstəliyinə qarşı 2542133 baş iribuynuzlu, 6992013 baş xırdabuynuzlu heyvanlarda, leptospiroz xəstəliyinə qarşı 375917 baş iribuynuzlu, 195831 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 239136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2646880 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 8111569 baş davarda, bruselyoz xəstəliyinə qarşı “Ştamm-19” vaksini ilə 134524 baş iribuynuzlu heyvanda, “Rev-1” vaksini ilə 515936 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4386 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı “H” vaksini ilə 23138083 baş quşda, “La-sota” vaksini ilə 30655682 baş cücədə profilaktik peyvəndləmələr aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 106480 baş iribuynuzlu, 8643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
2019-cu ilin 6 ayı ərzində “quş qripi”nə görə 2 dəfə seromonitorinq keçirilib, qan və patoloji materiallar müvafiq müayinələrdən keçirilərək və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
2019-cu ilin 6 ayı ərzində epizootik tədbirlərin operativliyinin təşkili məqsədi ilə bütün rayon (şəhər) baytarlıq idarələri avtomat şprislər, qoruyucu geyim vasitələri, həmçinin baytarlıq alət və ləvazimatları ilə təmin edilib.
Həmçinin cari ilin birinci yarım illiyi ərzində şəffaflığın təmin edilməsi məqsədi ilə sərhəd, dağlıq və aran bölgələrində fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirilib, heyvan sahibləri və baytar həkimlərinin iştirakı ilə maarifləndirici təlimlər keçirilərək müvafiq bilgilər verilib, eləcə də səyyar baytarlıq xidməti təşkil edilib.
Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən yuxarıda qeyd olunan baytarlıq-sanitariya tədbirləri nəticəsində 2019-cu ilin 6 ayı ərzində respublikada epizootik vəziyyət sabit olub. Bu sabitliyi qoruyub saxlamaq üçün Aqrar Xidmətlər Agentliyi lazımi təşkilati tədbirləri davam etdirir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024