Kənd Təşərrüfatı Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirdiyi “Aqrobiznesin İnkişafı Forumu” dekabrın 22-də panel müzakirələri ilə davam edib. Forumda dövlət nümayəndələri və sahibkarlar aqrobiznesin inkişafı imkanlarını, dövlətin müvafiq qurumlarının bu sahəyə dəstəyi mexanizmlərini müzakirə ediblər.
Forumun ilk panelində aqrobiznes təmsilçiləri Azərbaycan Fermerlər Assosiasiyasının nümayəndələri aqrar sahədə sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və imkanlardan danışıblar. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar aqrobiznes dəyər zənciri, aqrar sahənin inkişafı üçün vacib olan təchizat və istehsal məhsulları, bu sektorda müasir və innovativ avadanlıqların geniş tətbiqi, marketinq imkanları barədə ətraflı məlumat veriblər.
Aqrar sahənin inkişafında dövlətin roluna həsr olunmuş növbəti paneldə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri təqdimatla çıxış ediblər. Müvafiq qurumların təmsilçiləri sahibkarlığa mövcud dəstək mexanizmləri və təqdim edilən xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026