“1975-ci ildən arıçılıqla məşğul oluram. Bizim Qabaqtəpə arıları bütün dünyada məşhurdur. Onun xortumu uzun olur və çiçəklər arasında seçim etmədən nektar şirəsini bitkinin dərinliyindən götürür. May ayından başlayaraq arı ailələrini Daşkəsən və Gədəbəy rayonlarının ərazisində yerləşən Turşsu yaylağına aparırıq. Demək olar ki, onları kənbəkənd gəzdiririk”. Bu fikirlər Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, arıçı Gülşad Hüseynovaya məxsusdur.
Gülşad xanım dədə-babadan arıçılıqla məşğul olduqlarını deyir: “Bizim ulu babalarımız da arıçılıqla məşğul olub. Saf bal nə deməkdir sözünə aydinliq gətirmək istəyirəm. Əvvəla, yemləmə bal şəffaf olur, gözəl xarici görünüşü var. Bu əlamətlər keyfiyyət göstəricisi deyil. Təmiz balın zahiri görünüşü bir qədər bulanıq təəssürat yaratmalıdır. Saf, təmiz bal hökmən xarlamalıdır. Belə halda bəzən balı qaynadırlar ki, kristallar ərisin. Ancaq belə yanaşma səhvdir. Xarlamanı aradan götürmək üçün balı ancaq 40 dərəcəyədək temperaturda əritmək olar. Saf balın kəskin ətri, kəskin dadı olmaz. Bal damağı yox, udlağı bir qədər qıcıqlandırmalıdır”.
Arıçı xanım Qabaqtəpə arısının vətəninin Azərbaycan olduğunu deyib: “Qabaqtəpə arısı gün ərzində nektar ardınca uçuşa tez başlayır, ailəsinə də gec qayıdır. Digər arı cinsləri ilə müqayisədə daha çox bal toplayır. Havanın yağışlı, çiskinli vaxtında belə soyuqdan qorxmayaraq nektar dalınca uçur. Qabaqtəpə arılarının məhsuldarlığının əsas əlamətləri, üstünlükləri məhz onun fəal həyat tərzidir. Qabaqtəpə arılarına Avropa ölkələrində və ABŞ-da belə böyük maraq göstərilir. Bu arılar bizim milli sərvətimizdir. Qabaqtəpə arıları sancmağa meylli deyil. Biz arıçılar üz toru taxmadan da arı ailəsi ilə işləyə bilirik. Bu arıların çoxalma qabiliyyəti çox intensivdir, həmçinin beçəvermədən asan qayıdır, yaz aylarında daha fəaldırlar. Eyni zamanda Qabaqtəpə arıları sakit, zəhmətsevər, xəstəliyə dözümlü olur, buna görə də mütəxəssislər onu haqlı olaraq “qızıl arı” adlandırırlır”.
Gülşad Hüseynova arı məhsullarının çox xəstəliklərə şəfa verdiyini deyir: “El arasında “bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən yaxşıdır” deyərlər. Bal - sağalmaz dərdlərə şəfa verər”.
Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib
25 Aprel 2025
Nazir müavini Elçin Zeynalov Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub
25 Aprel 2025
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
25 Aprel 2025
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025